12 Sentyabr 2020 22:52
582
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə son 24 saat ərzində daha 48 nəfər yeni növ koronavirusdan dünyasını dəyişib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 6 999 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 509 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 289 635 nəfərə yüksəlib.

Fəxrəddin Qoca qeyd edib ki, ötən gün koronavirusdan 1 207 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 257 731 nəfər təşkil edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər