Rəsmi Vaşinqtonla qiyamçı general Xəlifə Haftar arasında anlaşmanın detalları bəlli olub.
Teleqraf.com xəbər verir ki, ABŞ-ın Liviyadakı səfiri Riçard Norland Haftarla görüşdüyünü açıqlayıb.
O, Haftarın bütün enerji sektorunun sentyabrın 12-dən gec olmayaraq yenidən açılmasına icazə verəcəyini deyib. Diplomat qeyd edib ki, Xəlifə Haftar buna şəxsən nəzarət edəcəyini söyləyib.
Haftar Liviyadakı neft yataqlarının təxminən 80 faizinə nəzarət edir.
8 ay ərzində neft istehsalının dayandırılması nəticəsində ölkə iqtisadiyyatına dəyən zərərin miqdarı 9,6 milyard dollar qiymətləndirilir.