13 Sentyabr 2020 09:58
2 773
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Prezidenti Həsən Ruhani yeni növ koronavirusla mübarizədə bəzi dost dövlətlərin banklarında onlara aid pulları ABŞ-ın təzyiqi ilə ala bilmədiklərini bəyan edib.

Teleqraf.com xəbər verir ki, Ruhani dərman, qida və insanların ehtiyacı olan məhsulları satın almaq üçün öz pulunu xərcləyə bilməməsinin tarixdə görünməyən pislik olduğunu söyləyib.

İran prezidenti COVID-19-la mübarizədə istifadə üçün Beynəlxalq Valyuta Fondundan istədikləri krediti ala bilmədiklərini deyib.

Onun sözlərinə görə, koronavirus böhranının ağır şərtləri çərçivəsində belə dərman embarqosu aradan qaldırılmayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər