13 Sentyabr 2020 16:09
985
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cari ilin birinci yarısında Gürcüstanda intihar halları artıb. Yanvarın 1-dən iyunun 30-dək ölkədə 162 nəfər özünə qəsd edib. Onlardan 125-i kişilərdir.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, altı ayda 254 nəfər intihara cəhd edib. İntihar edənlərin biri Rusiya, biri Tailand qalanları isə Gürcüstan vətəndaşlarıdır. Ən çox intihar halları paytaxt Tbilisidə qeydə alınıb. İkinci yerdə Sameqrelo-Zemo Svaneti, üçüncü yerdə isə Kvemo Kartli regionu dayanır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər