13 Sentyabr 2020 21:39
804
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstriyada koronavirus pandemiyasının ikinci dalğası başlayır.

Teleqraf.com-un məlumatına görə, bu barədə Avstriya kansleri Sebastyan Kurts bildirib.

Kansler bildirib ki, indi baş verənlər ikinci dalğanın başlanğıcıdır: "Xəstələrin sayı hər gün artır".

S.Kurts qeyd edib ki, iki həftə əvvəl ölkədə sutka ərzində təxminən 350 yoluxma halı qeyd edilirdi, dünən bunun sayı 850-dən çox idi: "Tezliklə biz sutkada 1000 nəfərin xəstələnməsi göstəricisinə çatacağıq".

S.Kurts əhalini sosial məsafəni qorumağa və tibbi maskalar taxmağa çağırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər