13 Sentyabr 2020 20:27
1 787
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp Kaliforniyada polisləri gülləyən şəxsin ölüm cəzasına məhkum edilməsini tələb edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri Tvitter səhifəsində yazıb.

“Əgər onlar (polislər) ölsələr, təcili məhkəmə keçiriləcək və qatilə ölüm hökmü veriləcək. Bunu dayandırmağın yeganə üsuludur”, - deyə Tramp bildirib.

Qeyd edək ki, bundan öncə Kalifroniyada naməlum şəxs patrul avtomobilinə yaxınlaşaraq atəş açıb.

Nəticədə 2 şerif köməkçisi ağır yaralanıb və onlar xəstəxanaya çatdırılıb


Müəllif: Mənbə/Axar.az

Oxşar xəbərlər