Sentyabrın 14-də Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini, ölkənin keçmiş prezidenti və baş naziri Dmitri Medvedev yubileyini qeyd edir.
Teleqraf.com xəbər verir ki, onun 55 yaşı tamam olur.
Siyasətçi dövlət başçısı postunu 2008-2012-ci illərdə tutub.
Dmitri Medvedev Rusiyanın müasir tarixində ən gənc dövlət başçısı olub.
Liberallaşma siyasəti, modernləşmə, innovasiya və nanotexnologiya anlayışları bu dövrlə ayrılmaz şəkildə bağlıdır.
Bundan əlavə, məhz Medvedev 2008-ci ildə “Gürcüstan tərəfini, Gürcüstan hakimiyyətini Cənubi Osetiyada sülhə məcbur etmək əməliyyatı”na başlamaq qərarını verən şəxsdir. Bu konflikt əsas nəticələrindən biri Moskvanın həm Cənubi Osetiyanın, həm də Abxaziyanın suverenliyini tanıması olan “səkkizgünlük müharibə” adını aldı.
Medvedev ikinci müddətə namizəd olmayacağını, Vladimir Putini dəstəkləyəcəyini 2011-ci ildə “Vahid Rusiya” Partiyasının qurultayında özü elan edib. O, 2012-ci ildən 15 yanvar 2020-ci ilədək Rusiya hökumətinə rəhbərlik edib. Ancaq Vladimir Putin Konstitusiyaya dəyişikliklə bağlı təkliflər verdikdən dərhal sonra Nazirlər Kabineti istefa verdi. Medvedev özü də Rusiya Təhlükəsizlik Şurasına işə başladı.