Yunanıstan Prezidenti Katerina Sakellaropoulou amerikalı jurnalistə açıqlamasında Aralıq dənizindəki gərginliyin aradan qaldırılması üçün bütün addımlara hazır olduğunu deyib.
Teleqraf.com xəbər verir ki, Katerina Sakellaropoulou müharibəyə hazır olduqlarını bildirib: Sadəcə Türkiyəyə mesaj göndərmək üçün deyil, ümumiyyətlə, sülh istəyirsənsə savaşa hazır olmalısan".
Meis adasının "qurtuluşu”nun 77-ci ildönümü münasibətilə adaya səfər edən Katerina Sakelaropoulou CNN-in müxbirinin uyğun sdualına cavab olaraq bildirib ki, onun adaya səfəri təxribat sayıla bilməz: "Həssas dönəmlərdən keçirik. Biz dialoq tərəfdarıyıq. Biz dialoqu dəstəklədiyimizi sübut etmişik, ama təhdid altında dialoq istəmirik".
"Fransadan hərbi təyyarələrin alınması Türkiyəyə mesajdırmı" sualına cavab olaraq prezident deyib: "Hökumət bu addımın atılmasının vacibliyinə qərar verdi. Sadəcə Türkiyəyə mesaj göndərmək üçün deyil. Əgər sülh istəyirsənsə hər zaman savaşa yaxşı hazırlıqlı olmalısan".