14 Oktyabr 2014 05:27
830
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna böhranına görə ABŞ və Avropa ölkələrinin Rusiyaya qarşı sanksiyaları bumeranq təsiri göstərib.

Teleqraf.com-un məlumatına görə, şimal qonşumuz Çinlə enerji, ticarət, nüvə enerjisi, dəmiryolu inşaatı, təhsil, rabitə və bir çox mühüm sahədə 40 razılaşma imzalayıb.

Çinli həmkarı Li Keqianq ilə görüşən Rusiyanın Baş naziri Dmitri Medvedyev son 6 ildə Rusiya-Çin ticarət həcminin 40 milyard dollardan 90 milyard dollara yüksəldiyini, 2015-ci ildə isə hədəfin 100 milyard dollar olduğunu deyib.

İmzalanan ən mühüm razılaşmalardan biri iki ölkə arasında pul vahidlərinin mübadiləsi olub. Belə ki, razılaşmaya görə, 25 milyard dollar həcmində (150 milyard yuan, 815 milyard rubl) yerli pul vahidləri ilə ikitərəfli mübadilə (swap) aparılacaq.

Xatırladaq ki, may ayında Rusiya ilə Çin arasında imzalanan və dəyəri təxminən 400 milyard dollar olan təbii qaz razılaşması dünyada şok effekti yaratmışdı.


Müəllif:

Oxşar xəbərlər