Türkiyə İŞİD ilə kürd silahlı qruplaşmaları arasında gərgin döyüşlərin getdiyi Suriya sərhədində ağır texnikanın sayını artırıb.
Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Qaziantep bölgəsindən keçən 15 tankı və digər ağır artilleriyanı daşıyan karvan sərhədə yeridilib.
Verilən məlumatlara görə, sərhəddə silahlı qüvvələrin gücləndirilməsinə səbəb İŞİD ilə kürd qrupları arasındakı qarşıdurmaların şiddətlənməsi olub.