ABŞ Hərbi-Dəniz Qüvvələrinin “Ruzvelt” esminesi NATO müttəfiqləri ilə dənizdə təhlükəsizlik əməliyyatları aparmaq üçün Qara dənizə yola düşür.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Altıncı Donanması məlumat yayıb.
“Ruzvelt” dəniz əməliyyatı üçün Aralıq dənizindən Qara dənizə şimal tranzitinə başlayır. ABŞ-ın Altıncı Donanması bölgədəki müttəfiqlərini və tərəfdaşlarını dəstəkləmək üçün mütəmadi olaraq Qara dənizdə fəaliyyət göstərir”, – deyə məlumatda qeyd olunur.
Bundan əvvəl Rusiyanın Milli Müdafiə İdarəetmə Mərkəzi Şimal Donanmasının Barents dənizi akvatoriyasına daxil olan NATO hərbi gəmilərinin hərəkətlərini izlədiyini bildirmişdi.