16 Sentyabr 2020 00:13
686
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiya seçkilərdə Co Baydeni ABŞ-ın Prezidenti kimi görməyə üstünlük verəcək".

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Fox News"un efirində deyib.

"Rusiya yəqin ki, Baydeni istəyir. Çünki baxın, Rusiyaya qarşı məndən daha sərt heç kim olmayıb, heç kim. İstər boru kəməri ilə (Şimal Axını-2) bağlı məsələdə, istərsə də hərbi sahədə", - Prezident Tramp deyib.

Qeyd edək ki, noyabrın 3-də ABŞ prezident seçkiləri keçiriləcək. Respublikaçılar Partiyasından hazırkı Prezident Donald Tramp ikinci müddətə namizədliyini verib, Demokratların namizədi isə keçmiş vitse-prezident 77 yaşlı Co Baydendir.


Müəllif: Teleqraf.com