14 Oktyabr 2014 09:54
704
12 Punto 14 Punto 16 Punto 18 Punto

Honq Konqun mərkəzində yüz nəfərlik qrup ilə demokratik islahatlar tələb edən nümayişçilər arasında qarşıdurma yaranıb.

Teleqraf.com amerikaninsesi.org-a istinadən xəbər verir ki, qrupun bəzi üzvləri nümayişçilərin barikadalarını dağıtmağa cəhd göstərib. Taksi sürücüləri həmçinin həftələrlə etiraz nümayişi keçirən insanlar çığıraraq və siqnallara basaraq etirazlarını bildirib.

Polis barrikadaların bəzilərini qaldıraraq ərazini nəqliyyata açıb.

Xatırladaq ki, etirazlar əksəriyyəti tələbələr olmaqla sentyabr ayının sonlarında başlayıb. Onlar şəhər rəhbərliyinin istefasına çağıraraq, Çin hökumətinin seçkilərə müdaxiləsini və namizədlər üzərində qadağanın qaldırılmasını tələb edir. İcra hökumətinin rəhbəri Leunq Çun-yinq isə istefa verməyəcəyini bildirib.

Samir


Müəllif:

Oxşar xəbərlər