18 Sentyabr 2020 00:55
592
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Ərəb Əmirliklərində ötən sutka ərzində yeni növ koronavirusa 786 nəfər yoluxub.

Teleqraf.com-un məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 82 568 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusdan ölüm halı qeydə alınmayıb, ölənlərin ümumi sayı 402 nəfər təşkil edir.


Müəllif: Teleqraf.com