Yunanıstanın Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.
Teleqraf.com xəbər verir ki, səfirin XİN-ə çağırılmasına səbəb yunan mediasında Ərdoğanla bağlı yayımlanan təhqriedici məqalə olub.
Məsələ ilə bağlı açıqlama verən Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib ki, mediada təhqir yolverilməzdir:
“Bizim media orqanlarında da tənqid olur, bizi də, yunan siyasətçiləri də tənqid edirlər. Daha da ağır olur, təəssüflənirik. Amma təhqir, söyüş media azadlığı daxilində dəyərləndirilməməlidir”.
Nazir qeyd edib ki, məsələ ilə bağlı lazımi hüquqi prosedurlar icra ediləcək.