19 Sentyabr 2020 10:10
1 395
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Belə davam edərsə, İranda koronavirusdan ölənlərin sayı 45 minə yüksələcək”.

Teleqraf.com-un məlumatına görə, bunu İranın Səhiyyə naziri İrəc Herirçi bildirib.

O, “İranda bəzi şəhərlərdə koronavirusun yayılması partlayış həddindədir. Təbrizi buna örnək göstərmək olar. Təbrizdə bir gündə yoluxanların sayı 40 nəfər idisə, indi 160 nəfər, Qum şəhərində isə 10 nəfərdən 160 nəfərə yüksəlib. Artıq koronavirusa qarşı mübarizədə sarı, narıncı və qırmızı səviyyələrin bir mənası yoxdur. Belə davam edərsə, İranda koronavirusdan ölənlərin sayı 45 minə çatacaq”, - deyə qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər