“İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatı İraqın qərbində yerləşən Əl-Anbar vilayətinin 70 kilometr şimalında yerləşən Hit rayonunun qərbindəki 5 kənddə nəzarəti ələ keçirib.
Teleqraf.com-un Doğan agentliyinə istinadən verdiyi xəbərə görə, bunlar Bastamiye, El-Sehliye, El-Kessare, Hazrec və Əlləri-Dolap kəndləridir.
Bundan əlavə İŞİD Hit rayonunda nəzarəti tamamilə ələ alıb. Yayılan məlumatlarda 12 saat davam edən döyüşlər nəticəsində İŞİD-in 300 əsgərin olduğu 7-ci diviziyanı da ələ keçirdiyi bildirilir.
İŞİD-in Əl-Anbar vilayətində təzyiqi artıraraq hökumətə bağlı şəhərlərə hücumlara başladığı qeyd edilir.
Samir