"Mən o sarsağı dinləsəydim, indi 5-ci dünya müharibəsi içərisindəydik".
Teleqraf.com xəbər verir ki, bu sözləri ABŞ dövlət başçısı Donald Tramp prezident seçkiləri kampaniyası çərçivəsində Ohayda seçicilərlə görüşü zamanı beynəlxalq məsələlər üzrə keçmiş köməkçisi Con Bolton haqqında deyib.
Qeyd edək ki, Con Bolton vəzifədən getdikdən sonra Donald Trampın kəskin tənqidçisinə çevrilib.
3 noyabr seçkilərinin ölkə üçün əhəmiyyətinə toxunan Donald Tramp Demokrat Partiyadan rəqibi olan Co Baydendən də danışıb: "Bayden seçkiləri udsa, tarixin ən pis adamına uduzmuş olacam".
İttihamlarına davam edən prezident deyib ki, Bayden qatı qlobalistdir: "Bilirsiniz ki, qlobalistlər oyundankənar qaldılar. Onlar ölkəmizi məhv etmişdilər".
Koronavirusla mübarizədən söz açan Donald Tramp bu ilin sonunda və ya daha erkən ABŞ-da COVID-19-a qarşı vaksin tapılacağını söyləyib: "Pandemiyanı üzümüzə gələn il bitirəcəyik".