22 Sentyabr 2020 15:56
1 073
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Keniya ilə sərbəst ticarət müqaviləsi imzalamaq üçün İsrailə qarşı bütün beynəlxalq boykot hərəkatlarını dəstəkləməmək və bu ölkənin iqtisadi maraqlarına zərər verməmək şərti qoyub.

Teleqraf.com xəbər verir ki, məlumat Nairobidə çıxan “Şərqi Afrika” qəzetinin hesabatında öz əksini tapıb.

ABŞ-ın Nairobidəki səfiri Kyle McCarter danışıqlarda İsrail məsələsinin masaya gəlib gəlməməsi ilə bağlı sualları cavabsız qoyub.

Fələstin məsələsində iki dövlətli həll yolunu dəstəkləyən Nairobi hökumətinin irəli sürülən şərtlər səbəbindən çətin vəziyyətdə ola biləcəyi bildirilir.

Qeyd edək ki, rəsmi olaraq sərbəst ticarət razılaşması danışıqlarına iyul ayında başlayan ABŞ və Keniya iki ölkə arasındakı iqtisadi əlaqələri rüsumsuz ticarət yolu ilə gücləndirməyi hədəfləyir.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər