Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Almaniya kansleri Angela Merkel və Avropa Birliyi (AB) Şurasının rəhbəri Şarl Mişel arasında üçlü formatda videokonfrans başa çatıb.
Teleqraf.com xəbər verir ki, görüşdə Türkiyə-AB əlaqələri, Şərqi Aralıq dənizindəki vəziyyət müzakirə olunub, Türkiyə və Yunanıstanın görüşlərə başlamağa hazır olduğu bildirilib.
Prezident Ərdoğan Türkiyənin hər zaman dialoq və danışıqlara üstünlük verdiyini, bütün təxribatlara rəğmən güzəştli möqve tutduğunu deyib.
Almaniyanın vasitəçilik səylərini qiymətləndirən Ərdoğan əldə olunan razılaşmanın gələcəyi baxımından Yunanıstanın atacağı addımların əhəmiyyətli olacağını bəyan edib.