Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, görüş Fransa prezidentinin təşəbbüsü ilə reallaşıb.
Dövlət başçılarının danışığı zamanı Türkiyə-Fransa və Türkiyə-Avropa İttifaqı ölkələri arasında əlaqələr, eləcə də Aralıq dənizinin şərqində baş verən son hadisələr başda olmaqla, bölgədəki məsələlər müzakirə edilib.