14 Oktyabr 2014 13:43
688
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya vətəndaş müharibəsinin baş verdiyi və “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatı təhdidi altında olan Suriyaya 17 ton ərzaq yardımı göndərib.

Teleqraf.com Cihan agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilir ki, nazirliyə məxsus təyyarə dönüşdə də ölkədən ayrılmaq istəyən Rusiya və MDB ölkələri vətəndaşlarından 90 nəfəri gətirəcək.

Nazirliyin sözçüsü Aleksandr Drobişevski mətbuata verdiyi açıqlamada təyyarənin bu gün Ramenskoye hava limanından hava qalxacağını və Suriyanın Lazkiye şəhərinə gedəcəyini bildirib. O qeyd edib ki, yardıma əsasən şəkər, uşaq yeməkləri və konservlər daxildir.

Samir


Müəllif:

Oxşar xəbərlər