23 Sentyabr 2020 11:45
506
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağıstanda altı məhkum tunel düzəldərək 2 saylı cəzaçəkmə müəssisəsindən qaçıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Federal Penitensiar Xidmətinin regional idarəsindən məlumat verilib.

“Sentyabrın 22-də 2 saylı cəzaçəkmə müəssisəsinin nəzarət-izləmə zolağında baxış həyata keçirilən zaman tunel aşkarlanıb. Dərhal məhkumların sayılması həyata keçirilib, bu zaman altı nəfərin olmaması faktı aşkar edilib”, – deyə “RİA Novosti” xəbər verir.

“Federal Penitensiar Xidmətinin şəxsi heyəti məhkumların axtarışı üçün Dağıstana göndərilib, müvəqqəti axtarış postları yaradılıb, oriyentirlər müəyyənləşdirilib”, – xidmətin məlumatında deyilir.

Aprel ayında İrkutsk vilayətindəki psixiatriya xəstəxanasından altı xəstə qaçmışdı.


Müəllif: Səxavət