Türkiyə Rusiya ilə razılaşma əsasında Suriyanın İdlib əyalətindən qoşunları və hərbi texnikasının bir hissəsini geri çəkməyə razı olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Livan mediası məlumat yayıb.
Məlumatda Rusiya Prezidenti Vladimir Putinin Türkiyənin Aralıq dənizinin şərqində Fransa və digər regional dövlətlərlə münasibətlərindəki gərginlikdən məharətlə istifadə etdiyi iddia olunub.
Məqalədə Ərdoğanın fransalı həmkarı Emmanuel Makronla şəxsi əlaqələrindəki gərginliyin də dövlətlərarası münasibətlərə mənfi təsir göstərdiyi qeyd edilib.