23 Sentyabr 2020 11:36
3 018
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Müdafiə naziri Mark Esper israilli həmkarı Benni Qantzla görüşdə yəhudi dövlətinin Yaxın Şərqdəki təhlükəsizliyini və hərbi üstünlüyünü gücləndirəcəyinə söz verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.

Generallar İsrailin BƏƏ və Bəhreynlə münasibətlərinin normallaşdırılmasına dair müqavilələrin imzalanmasını müzakirə ediblər.

Qantz Vaşinqtona qısa səfəri zamanı ABŞ-ın baş qərargah rəisi Mark Milli ilə də görüşüb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər