23 Sentyabr 2020 12:14
1 155
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aleksey Navalnı çərşənbə axşamı Berlindəki “Charite” klinikasından çıxıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Charite”dən qeyd ediblər ki, həkimlər Navalnının tam sağaldığını deyirlər. Onların fikrincə, kəskin zəhərlənmənin sonrakı nəticələri barədə qərar vermək hələlik mümkün deyil.

Qeyd edək ki, A.Navalnı avqustun 20-də zəhərlənmə nəticəsində komaya düşüb. O, avqustun 22-dən etibarən Berlindəki “Charite” klinikasında müalicə alırdı. Sentyabrın 2-də Almaniya hakimiyyəti A.Navalnının “Noviçok” qrupundan olan zəhərli maddə ilə zəhərləndiyini elan edib. Sentyabrın 7-də Navalnının vəziyyəti yaxşılaşıb, o, tibbi komadan çıxarılıb və sentyabrın 14-də süni tənəffüs cihazı ilə əlaqəsi kəsilib.

A.Navalnının zəhərlənməsi beynəlxalq rezonans doğurub. Avropa İttifaqı bununla bağlı olaraq Rusiyaya sanksiyaların tətbiqinə icazə verib.


Müəllif: Səxavət

Oxşar xəbərlər