Belarusun keçmiş prezidentliyə namizədi Svetlana Tixanovskaya Aleksandr Lukaşenkonun andiçmə mərasimini “təqaüdə çıxma” adlandırıb.
Teleqraf.com xəbər verir ki, Tixanovskaya Lukaşenkonun andiçmə mərasimini xalqdan gizli keçirdiyini söyləyib.
“Bu qanuni olaraq özünü tanıma cəhdi yalnız əvvəlki səlahiyyətlərin bitməsinə və xalqın ona yeni bir mandat verməməsinə gətirib çıxardı. Bu sözdə inauqurasiya, əlbəttə ki, bir axmaqlıqdır. Əslində, bu gün Lukaşenko təqaüdə çıxdı”, Tixanovskaya bildirib.
Onun sözlərinə görə, Lukaşenkanın güc strukturlarına verdiyi əmrlər artıq qanuni deyil və bu səbəbdən icra edilə bilməz: “Mən, Svetlana Tixanovskaya Belarus xalqı tərəfindən seçilən yeganə liderəm”.
Tixanovskaya Brüsselə getdiyini və burada Avropa liderləri ilə görüşdüyünü söyləyib:
“Avropa ölkələri belarusları dəstəkləyir və real yardım göstərməyə hazırdırlar. Demokratiyanın qələbəsindən sonra Belarus üçün nəzərdə tutulan ciddi investisiya paketləri var. Birlikdə qazanacağıq”.
Lukaşenkonun andiçmə mərasimi bu gün Minskdəki İstiqlal Sarayında baş tutub. Mərasim televiziya kanallarında yayımlanmayıb, aidiyyəti qurumlar tədbirin tarixini bu yaxınlara qədər gizlədilər.