23 Sentyabr 2020 20:44
2 016
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərə Müdafiə Nazirliyi Ukraynanı “Rusiyanın həyətyanı sahəsi” adlandırıb.

Teleqraf.com xəbər verir ki, müvafiq açıqlama nazirliyin Tvitter hesabında yayımlanıb.

Mətndə deyilib ki, ingilis paraşütçüləri müttəfiqlərə lazım olduqda sürətli yardım göstərmək qabiliyyətini sınamaq üçün Ukraynaya enib.

Paylaşımda “Rusiyanın arxa bağçasına endik” ifadəsi yer alıb.

Ukrayna Rusiyanın “Qafqaz 2020” təlimlərinə cavab olaraq “Birləşmiş Səylər 2020” məşqlərini həyata keçirir. NATO ölkələrindən 200-dən çox hərbçi manevrlərdə iştirak edir. Təlimlərdə texnika ilə qarşılıqlı əlaqə, eniş və köprülərin ələ keçirilməsi, həmçinin xüsusi təyinatlı qüvvələrin işi məşq olunur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər