Məşhur müğənni Taylor Svift ikinci dəfə “Billboard” jurnalı tərəfindən “İlin Qadını” seçilib.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, məşhur musiqi jurnalı “Billboard” “İlin Qadını” olaraq müğənni Taylor Svifti seçib. Məşhur müğənni bu mükafatı ikinci dəfə qazanan ilk sənətçi olub. O, “Billboard”un mükafatını daha əvvəl 2011-ci ildə qazanıb.
24 yaşlı pop müğənnisi Taylor Svift 2006-cı ildən səhnədədir. Onun hər albomu 4 milyondan çox satılıb. Svift ən çox digital albom satan müğənnisi adına da sahibdir.
Rüstəm