23 Sentyabr 2020 21:57
2 440
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova nazir Sergey Lavrovun Qarabağ münaqişəsi haqda olan fikirlərinə aydınlıq gətirib.

Teleqraf.com xəbər verir ki, M.Zaxarova başqa şərhlərə deyil, yalnız rəsmi Moskvanın mövqeyinə diqqət yetirməyə çağırıb.

“Rusiya nazirinin sitatının düzgünlüyünə gəldikdə, bu məlumatı gəldiyi mənbələrə yönəltmək istərdim. Buna görə də, düzünü desəm, bunun üzərində dayanmayacağam”, - Zaxarova qeyd edib.

“Dağlıq Qarabağ nizamlanmasına gəlincə, bu gün Lavrovun Azərbaycan tərəfi ilə görüşü zamanı, Dağlıq Qarabağın status məsələlərinin həlli, habelə ətrafındakı ərazilərin azad edilməsi daxil olmaqla, əvvəllər səsləndirilən əsas həll prinsipləri müzakirə edilib”.

Son olaraq Zaxarova Rusiyanın bu mövzuda mövqeyinin yaxşı bilindiyini bəyan edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər