ABŞ-ın keçmiş prezidenti Barak Obama Tvitter səhifəsində telefon nömrəsini paylaşaraq vətəndaşlardan qarşıdan gələn prezident seçkiləri ilə bağlı ona SMS göndərmələrini xahiş edib.
Teleqraf.com xəbər verir ki, Obama vətəndaşların işləri və düşüncələri haqda, bu il səsvermədə necə iştirak edəcəkləri barədə danışa biləcəklərini də əlavə edib:
“Yeni nəsə sınaqdan keçirək. Əgər ABŞ ərazisində yaşayırsınızsa, mənə 773-365-9687 telefon nömrəsinə ismarıc göndərin”.
Obama bildirib ki, vaxtaşırı əlaqədə olacaq və qarşıdakı sə\svermə ilə bağlı fikirlərini bölüşəcək.
Qeyd edək ki, ABŞ-da prezident sçekiləri noyabrın 3-də keçiriləcək. Növbəti müddətə prezident olmaq istəyən Donald Tramp bu seçkidə demokratların namizədi Co Baydenlə mübarizə aparacaq.