24 Sentyabr 2020 11:30
1 306
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aleksandr Lukaşenkonun inauqurasiyası demokratik legitimlikdən məhrum idi, bu, Belarusda böhranın dərinləşməsinə səbəb olacaq.

Teleqraf.com xəbər verir ki, bunu Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrel bildirib.

“Avropa İttifaqı avqustun 9-da Belarusda keçirilən prezident seçkilərinin azad və düzgün olmadığını bir daha təsdiqləyir. Avropa İttifaqı onun saxtalaşdırılmış nəticələrini tanımır”, – deyə sənəddə bildirilir.

Dünən Aleksandr Lukaşenko and içərək altıncı dəfə prezident kimi vəzifəsinin icrasına başlayıb. MSK-nın məlumatına görə, o, seçkilərdə səslərin 80,1%-ni qazanıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər