14 Oktyabr 2014 14:42
627
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada yardıma möhtac olanlara kömək etmək və ölkələrarası tərəfdaşlıq quraraq bu kimi fəaliyyətləri artırmaq məsələsinə Yaxın Şərqdən güclü dəstək gəlib.

Teleqraf.com "Cihan" agentliyinə istinadən xəbər verir ki, məsələ bu il 5-ci dəfə Küveytdə keçirilən “Humanitar yardımın gücləndirilməsi və təsirli tərəfdaşlıq” konfransında müzakirə olunub.

Ümumilikdə 2 gün davam edəcək konfransda BMT-nin humanitar yardım işlər üzrə baş katibin köməkçisi Valerie Amos və Küveyt xarici işlər naziri Şeyx Sabah Əl Ahmad Əl Səhər çıxış edib. Açılış nitqində Al Zayani ehtiyacı olanlara yardımın insanı bir zərurət olduğunu deyib.

Həmçinin konfransda Yaxın Şərqdə baş verən terror hadisələri də pislənilib. Terrorizmin bütün dəyərləri və əxlaqı pozduğu, ölkələrdə qeyri-sabitlik və inamsızlığa təkan verdiyi qeyd edilib.

Tərəflər 2016-ci ildə keçiriləcək növbəti konfransın Türkiyədə baş tutması ilə bağlı razılığa gəlib.

Samir


Müəllif:

Oxşar xəbərlər