24 Sentyabr 2020 12:43
1 306
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Defence News News”un müəllifləri ABŞ Müdafiə naziri Mark Esperin bir açıqlamasına istinad edərək yazırlar ki, “Qualitative Military Edge” (QME) mexanizmi ilə tənzimlənən İsrailin Yaxın Şərqdəki yüksək keyfiyyətli hərbi üstünlüyü beşinci nəsil “F-35 Lightning II” qırıcılarının BƏƏ-yə mümkün satışından sonra da davam edəcək.

Teleqraf.com xəbər verir ki, nəşr Vaşinqton tərəfindən Əbu Dabiyə döyüş təyyarələri satılması üçün yəhudi dövlətinin mümkün şərtlərindən birini açıqlayıb.

Mənbə BƏƏ-dəki “F-35”-lər üçün qanadların İsrailin “Aerospace Industries” şirkəti tərəfindən istehsal oluna biləcəyi ehtimalının çox yüksək olduğunu bildirib.

QME-nin fəaliyyətini izah edən nəşr yazır: “İsrail, düşmən ölkələrlə əhatə olunmuş kiçik bir dövlət olaraq, sağ qalmaq üçün amerikalı müttəfiqindən əlavə bir üstünlük tələb edir. Əslində bu, müəyyən texnoloji silah növlərinin bölgə dövlətlərinə, ilk növbədə Səudiyyə Ərəbistanı və BƏƏ-yə satılmasına icazə verilməyəcəyi deməkdir”.


Müəllif: Mənsur Rəğbətoğlu