Bölgəmizdə ciddi problemlər var. Suriya məsələsi xüsusi koordinasiya tələb edir. Rusiya və Türkiyə ilə Astana formatında addımlarımızı koordinasiya edirik.
Teleqraf.com xəbər verir ki, bu sözləri Moskvada rəsmi səfərdə olan İran Xarici İşlər naziri Cavad Zərif deyib.
Zərif əlavə edib ki, Rusiya ilə yüksək əməkdaşlığa malikdirlər və bunun artırılması yollarını axtaracaqlar.
İranın baş diplomatı Moskvada Əfqanıstandakı Taliban ilə hökumət arasında sülh müzakirələrini də müzakirə edəcək.
Fransızların Livan məsələsini Rusiya rəsmiləri ilə müzakirə etmək istədiklərinə dair iddialara reaksiya verən Zərif deyib ki, Livan məsələsini Rusiya ilə danışa bilərik, amma bunun prioriteti yoxdur.