İranın dini lideri Ayətullah Əli Xamneyi “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatı ilə bağlı şok iddialar səsləndirib.
Teleqraf.com haberturk.com-a istinadən xəbər verir ki, dini lider İŞİD və Əl-Qaidə təşkilatlarını ABŞ ilə İngiltərənin qurduğunu bildirib. Onun sözlərinə görə, əsas məqsəd sünni və şiələr arasında ixtilaf çıxartmaqdır.
Xamneyi proseslərə analitik kimi baxıldığı zaman ABŞ və müttəfiqlərinin İŞİD ilə mübarizə əvəzinə müsəlmanlar arasında parçalanma və düşmənçilik yaratdıqlarını deyib.
Samir