24 Sentyabr 2020 16:24
4 134
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Həll yolları və istənilən qarşıdurma ehtimalı hər iki ölkəyə təsir edəcək. Eyni zamanda, gərginliyin artması və ya məsələlərin həlli Türkiyə və Yunanıstanın qərarlarına bağlıdır”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin Rabitə naziri Fəxrəddin Altun deyib.

“Hər iki tərəfdə regional oyunçular var, onların qərarları Türkiyə və Yunanıstanın siyasi qərarlarını mürəkkəbləşdirir. Hansı tərəfin qazanacağı həm bölgənin, həm də beynəlxalq düzənin gələcəyini müəyyən edəcək”, - nazir bildirib.

Altun rəsmi Ankaranın Aralıq dənizinin şərqindəki gərginliyin diplomatik yolla həllinin tərəfdarı olduğunu söyləyib. O, Prezident Rəcəb Tayyib Ərdoğanın bu məqsədlə Almaniya Kansleri Angela Merkel, NATO Baş katibi Yens Stoltenberq və Avropa İttifaqı Şurasının Prezidenti Çarlz Mişellə görüşdüyünü diqqətə çatdırıb.

O, Türkiyənin doğru yolda olduğunu da sözlərinə əlavə edib.


Müəllif: Mənsur Rəğbətoğlu