25 Sentyabr 2020 10:13
4 928
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Cənubi Kuril adalarından biri olan Şikotanda yol tikintisinə başlaması barədə yaydığı xəbər yaponları qəzəbləndirib.

Teleqraf.com xəbər verir ki, bu barədə “STV News” məlumat yayıb.

Məlumatda adanın inkişafının sürətlə irəlilədiyi və “Kuril arxipelaqının İnkişaf Planı” infrastruktur proqramı çərçivəsində yaradılan yeni yolun gələn il tamamlanacağı bildirilib. Eyni zamanda, Yaponiyanın keçmiş Baş naziri Şinzo Abenin “Rusiya ilə ərazi məsələsinə şəxsən son qoyacağına” söz verdiyi xatırladılıb. Lakin onun gedişindən sonra Kuril adalarının “ruslaşması”nda kəskin bir sürətlənmə var.

Məlumatda qeyd edilib ki, Rusiyanın adaları Yaponiyaya qaytarmaq üçün kiçik bir arzusu da yoxdur.

Bundan əvvəl, Yaponiya Rusiya Müdafiə Nazirliyinin İkinci Dünya Müharibəsinin bitməsinin 75 illiyinə, xüsusən Kuril adalarının azad edilməsinə həsr olunmuş arxiv fotoşəkilləri və sənədləri dərc etməsindən qəzəblənmişdi.

İkinci Dünya Müharibəsindən sonra İturup, Kunaşir, Şikotan adaları və Habomay adaları ilə əlaqədar ərazi mübahisələrinin həll edilməməsi səbəbindən Moskva və Tokio arasında barışıq müqaviləsi bağlanmayıb. Yaponlar Cənubi Kurili “şimal əraziləri” adlandırır və onları Rusiya ərazisi kimi tanımırlar. Moskva isə ərazi mübahisəsinin həqiqətini tanımır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər