25 Sentyabr 2020 11:30
1 473
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şərqi Aralıq dənizi böhranında tərəfini seçən və prezident seçkilərinə günlər qalmış verdiyi açıqlama ilə Türkiyəyə qarşı qırmızı xətt keçən ABŞ bir daha dünyanın gündəminə gəlib.

Teleqraf.com xəbər verir ki, Türkiyə və Yunanıstan arasında araşdırma görüşlərinin başlaması haqda razılıqdan həmən sonra, gecə saatlarında Vaşinqton sürpriz addım atıb.

ABŞ dövlət katibinin müavini Steven Bigan Türkiyədən Şərqi Aralıq dənizində “təxribatçı” dəniz əməliyyatlarına son verməsini və gərginliyin düşməsini istəyib.

Ankaranın Şərqi Aralıq dənizindəki həmlələrini dayandırması üçün israrçı olduqlarını bildirən diplomat hazırda mövcud olan atmosferdən məmnun qaldıqlarını qeyd edib.

Vaşinqton administrasiyasının Türkiyə ilə Yunanıstan arasında müzakirələrin başlayacağına ümid etdiyini bildirən Dövlət Departamentinin rəsmisi böhranın həlli üçün yeganə yolun diplomatiya olduğunu xatırladıb.

ABŞ-ın Şərqi Aralıq dənizi böhranında kimin yanında olduğunu açığa çıxaran başqa bir məqan isə dövlət katibi mayk Pompeonun Afinaya səfər edəcəyinin rəsmi açıqlanması olub.

Sentyabrın 12-də Cənubi Kipr Respublikasına səfər edən Pompeonun sentyabrın 27-də Afinaya gələcəyi ortaya çıxıb. Pompeo Afinada Yunanıstan Baş naziri Kvriakos Miçotakis və Xarici İşlər naziri Nikos Dendiasla görüşəcək.

Pompeonun Afina səfərinə dair verilən açıqlamada ən təəccüblü ifadə “ABŞ-ın Şərqi Aralıq dənizində sülh və firavanlığa dair ortaq öhdəliyi yenilənəcək və son illər yüksək səviyyədə müşahidə olunan ABŞ- Yunanıstan münasibətləri qeyd olunacaq” cümləsi olub.

Selanik və Krit adasına da gedəcək Pompeo yunan rəsmilərlə texnolojiya və elm sahəsində də anlaşmalar imzalayacaq. Onun Kritdə ən vacib ziyarəti isə Suda bazası olacaq.

Qeyd edək ki, bu bazada Yunanıstanın müttəfiqləri olan Fransa və BƏƏ-yə aid qırıcılar eniş etmiş və Türkiyəyə qarşı təlimlərdə iştirak edib.
Açıq formada Yunanıstana dəstək verən ABŞ-ın ötən həftə diqqət çəkən addımı Yunanıstanla birlikdə təlimlər keçirməsi olub. Bu təlimlərin birini şəxsən ABŞ-ın Afinadakı səfiri Ceffri Payat Yunanıstan Baş qərargah ərisi Konstantinos Floos ilə birlikdə izləyib.


Müəllif: Cavad

Oxşar xəbərlər