26 Sentyabr 2020 16:20
3 541
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunan hərbçilərin adalardan çəkilməsi müzakirə mövzusu deyil. Bunu heç bir yunan hökuməti müzakirəyə çıxarmayacaq.

Teleqraf.com xəbər verir ki, bu bəyanatla Yunanıstan hökumətinin sözçüsü Stelios Petsas Egey dənizindəki adalarda yerləşdirilən yunan hərbçilərlə bağlı açıqlamasında bildirib.

Sözçü əlavə edib ki, Yunanıstanın süverenliyini qorumaq üçün hər şeyi edəcək.

Türkiyə Prezidenti Ərdoğanla Yunanıstan Baş naziri Miçotakis arasında görüşün olub-olmayacağı haqda danışarkən o deyib ki, iki ölkə arasında etibar yarandıqda və müvafiq hazırlıqlar həyata keçirildikdən sonra belə görüş keçirilə bilər.


Müəllif: Cavad

Oxşar xəbərlər