26 Sentyabr 2020 22:25
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Prezidenti Həsən Ruhani koronavirus pandemiyası ilə əlaqədar ölkədə ənənəvi dini ziyarətlərə və hər il keçirilən İmam Hüseynin ölümü ilə əlaqədar 40 mərasiminə həsr olunan yürüşlərin ləğv edildiyini bəyan edib.

Teleqraf.com xəbər verir ki, İranın dövlət başçısı bu gün İranın dövlət televiziyasında çıxışı zamanı kütləvi tədbirlərin keçirilməyəcəyini deyib.

Həmçinin İranın ali dini lideri Əli Xameneinin nümayəndələri dini tədbirlərin evdə keçirilməsinə dair tapşırıq verib.

Qeyd edək ki, hazırda İranda pandemiyanın ikinci dalğası yaşanır və hər gün orta hesabla 140-150 nəfər virusdan ölür.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər