27 Sentyabr 20:26
233

Türkiyədə daha 1 467 nəfərdə COVID-19 aşkarlanıb.

Teleqraf.com xəbər verir ki, bunu ölkənin Səhiyyə naziri Fahrettin Koca deyib.

Nazirin sözlərinə görə, indiyədək Türkiyədə qeydə alınmış yoluxma hallarının sayı 101 119-a yüksəlib.

Qeyd olunub ki, son sutkada 68 nəfər virusun qurbanı olub, 1 116 nəfər isə sağalıb. Beləliklə, Türkiyədə koronavirusdan ölənlərin sayı 7 997-ə, sağalanların sayı isə 275 630-a çatıb.


Müəllif: Teleqraf.com