Türkiyədə son 24 saat ərzində daha 65 nəfər yeni növ koronavirusdan dünyasını dəyişib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat yayıb.
Onun sözlərinə görə, koronavirusdan ölənlərin ümumi sayı 8 062 nəfərə yüksəlib.
Nazir qeyd edib ki, ölkədə 1 412 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 315 845 nəfərə çatıb.
F.Qoca vurğulayıb ki, ötən gün koronavirusdan 1 422 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 277 052 nəfər təşkil edir.