29 Sentyabr 13:19
5 060

Ermənilər Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində döyüşmək üçün Suriyadan gətirdiyi PKK terrorçularını ön xəttə göndərir.

Teleqraf.com xəbər verir ki, bu barədə türk mediasında məlumat yayılıb.

Məlumatda bildirilib ki, Ermənistanın başlatdığı təxribatlardan sonra Füzuli və Cəbrayıl rayonları və Dağlıq Qarabağ istiqamətində qarşıdurmalar daha da şiddətlənib:

“Azərbaycan ordusu Ermənistan silahlı qüvvələri ilə yanaşı, bu bölgələrdə PKK terrorçularına qarşı da mübarizə aparır. PKK terrorçuları bölgəyə İran və Ermənistan ərazilərindən sızdırılıb. Hücumdan əvvəl Fransa tərəfindən Suriya və İraqın şimalındakı PKK terrorçularından formalaşdırılan tabor İran və İraq üzərindən bölgəyə göndərilmişdi”.

Məlumatda PKK-ya dəstək olan Fransa, ABŞ, Rusiya və İranın bölgədəki son fəaliyyətlərinə də diqqət çəkilib. Bildirilib ki, Ermənistana dəstək məqsədilə baş verən bu gəlişmədə yer alan ölkələr Türkiyənin Aralıq dənizinin şərqindəki fəaliyyətlərinə qarşı birlik nümayiş etdirən dövlətlərdir.

Məlumatda qeyd edilib ki, qismən səfərbərlik elan edən Azərbaycan Türkiyə istisna olmaqla hava məkanını bütün dövlətlərə bağlayıb: “Azərbaycanın hava məkanını Rusiyaya bağlaması bu məsələdə Rusiyanın mövqeyinə qarşı olan inamsızlığın nəticəsidir”.


Müəllif: Mənsur Rəğbətoğlu