29 Sentyabr 2020 17:03
1 568
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tərəfləri beynəlxalq insan hüquqlarına və beynəlxalq humanitar qanunlara hörmətlə yanaşmağa, xüsusilə də mülki əhali və döyüşlərdə iştirak etməyən insanların müdafiəsini təmin etməyə, vacib mülki infrastruktura zərərin qarşısını almağa çağırıram.

Teleqraf.com xəbər verir ki, belə çağırışla BMT-nin İnsan Hüquqları üzrə ali komissarı Mişel Baçele çıxış edib.

Komissar Dağlıq Qarabağ münaqişəsi zonasındakı təmas xətti boyu hərbi əməliyyatların bərpasından narahatlığını bildirib və döyüşləri dərhal dayandırmağa dair çağırış edib:

“Mülki şəxslər arasında ölən və yaralıların olması, eləcə də vətəndaşların mülkiyyətinə və infrastruktura dəyən ziyan haqqında xəbərlərdən dərin narahatlıq hissi keçirirəm”.


Müəllif: Cavad

Oxşar xəbərlər