Fransa Prezidenti Emmanuel Makron Rusiya Prezidenti Vladimir Putin və ABŞ lideri Donald Trampla Dağlıq Qarabağdakı hərbi əməliyyatlarla əlaqədar telefon danışıqları aparmağı planlaşdırdığını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında bildirib.
“Bu axşam Prezident Putinlə və Prezident Trampla məsələ ilə əlaqədar fikir mübadiləsi aparmaq və böhrandan çıxmağın yollarını təklif etməyi düşünürəm”, - Fransa başçısı bildirib.