30 Sentyabr 2020 20:53
8 460
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sistan-Bəlucistan əyalətində İran ordusunun (SEPAH) 3 hərbçisi naməlum silahlı şəxslər tərəfindən öldürülüb.

Teleqraf.com xəbər verir ki, bu barədə SEPAH-ın “Qüds” qərargahı məlumat yayıb.

Məlumata görə, hadisə Nikşəhr şəhəri yaxınlığında baş verib. Espeke-Nikşəhr istiqamətində hərəkət edən SEPAH-ın iki avtomobili naməlum silahlı şəxslərin hücumuna məruz qalıb.

Naməlum şəxslərin odlu silahlardan açdığı atəş nəticəsində 3 hərbçi hadisə yerində həlak olub, ikisi yaralanıb.

Hücumun məsuliyyətini hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər