İraqın Ramadi şəhərini ələ keçirən İŞİD terror qruplaşması paytaxt Bağdada doğru irəliləyir.
Publika.az-ın məlumatına görə, terrorçuların 10 min silahlı ilə paytaxtın 13 kilometrliyinə qədər yaxınlaşdığı bildirilir. Qeyd edilir ki, Bağdada gedən yollar bağlanıb, şəhərin ətrafında təhlükəsizlik tədbirlıri görülüb.
İraq ordusu isə məlumatı təkzib edib. Ordunun yaydığı açıqlamada ABŞ təyyarələrinin hava hücumundan sonra terrorçuların geri çəkildiyi vurğulanır.