İlk 4 gün ərzində Ermənistan ordusunun itirdiyi döyüş texnikasının dəyəri 1.2 milyard dollara bərabərdir.
Teleqraf.com xəbər verir ki, bu sözləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı deyib.
O bildirib ki, bu, gün ərzində 300 milyon dollar deməkdir:
“Nəzərə alın ki, Ermənistanın illik dövlət büdcəsinin 3/1-dən çoxdur, strateji valyuta fondunun isə yarısından artıqdır”.