Türkiyədə son 24 saat ərzində daha 67 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.
Teleqraf.com xəbər verir ki, bu barədə öz "Twitter" səhifəsində Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 8 262 nəfərə çatıb.
Onun sözlərinə görə, ölkədə 1 407 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 320 070 nəfərə çatıb.
Nazir əlavə edib ki, ötən gün koronavirusdan 1 402 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 281 151 nəfər təşkil edir.